Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Notebook 9” yığcam kompüterlərini təqdim edib


“Samsung Electronics” korporasiyası “Notebook 9” seriyasına aid 3 ədəd portativ kompüter təqdim edib: 13 düymlük ekrana malik “Notebook 9” (2018), 15 düymlük ekrana malik “Notebook 9” (2018) və “Notebook 9 Pen”.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni kompüterlər səkkizinci nəsil “Intel Core i7” prosessoru, 1920x1080 piksel təsvir ölçülü ekran, 16 QB-dək əməli yaddaş, “Windows 10” əməliyyat sistemi, işıqlandırıcı klaviatura və “Metal12” ərintisindən hazırlanmış korpusla təchiz edilib.

15 düymlük “Samsung Notebook 9” (2018) düymlük modeli 2 QB-lıq “GDDR5” yaddaşına malik “Nvidia GeForce MX150” videokartı və tutumu 1 TB-dək olan “NVMe PCIe” sərtgövdəli daşıyıcısı ilə təchiz edilib. “Thunderbolt 3/USB Type-C”, “HDMI”, “USB 3.0” və “USB 2.0” portları var.

13,3 düymlük “Samsung Notebook 9” (2018) oxşar xüsusiyyətlərə malikdir, amma daxili qrafik sürətləndirici ilə təchiz edilib. Həmçinin bu modeldə “Thunderbolt 3” portu yoxdur.

“Samsung Notebook 9 Pen” hibrid qurğudur, planşetə çevrilə bilir. Bu model 512 QB-dək sərtgövdəli daşıyıcı, infraqırmızı kamera və 1 ədəd “USB 3.0” portu ilə təchiz edilib.

2017-ci ilin dekabrında yeni kompüterlərin satışına başlanılacaq. Qiyməti haqda məlumat hələ ki yoxdur.

Emil Hüseynov





15/12/17    Çap et