Mobil qurğu istifadəçiləri qlobal problemlərin həllində iştirak edə biləcəklər
“SAS” şirkəti tərəfindən istifadəyə verilmiş “GatherIQ” layihəsi avtomatlaşdırılmış analitik vasitələrin köməyi ilə bəşəriyyət qarşısında duran sosial problemləri həll etməyə imkan verəcək. Mobil qurğu istifadəçiləri müvafiq mobil proqramı öz qurğularına quraşdıraraq məlumatları təhlil edə, öz hesabatlarını dərc edə və “GatherIQ” cəmiyyətinin başqa üzvlərinin nəticələrini qiymətləndirə bilərlər. Hazırda sözügedən mobil proqram “iOS” əməliyyat sistemi üçün əlçatandır, “Android” və stasionar qurğular üçün versiyalar üzərində iş aparılır.
“ICTnews” Elektron Xəbər Xidməti “
cnews.ru” saytına istinadən yazır ki, şirkətdən məlumat verilib ki, xeyriyyə, hüquq müdafiə və başqa qeyri-kommersiya təşkilatlarının resursları adətən məhduddur. Bu, böyüktutumlu məlumat axını üzərində işi çətinləşdirir. “GatherIQ” layihəsi belə məlumatlarla işləmək və kəskin sosial problemlərin öhdəsindən gəlmək üçün könüllülər dəstəsini cəlb etməyə imkan verir. Məsələn, onlar fəlakət yerinə gedə bilməsələr də, intellektual dəstək göstərmək qabiliyyətinə malikdirlər.
“GatherIQ” cəmiyyətinin iştirakçılarından xüsusi analitik hazırlıq tələb olunmur: mobil qurğuya “SAS Visual Analytics” alətinə girişi açan xüsusi proqram təminatını quraşdırmaq kifayətdir.
Emil Hüseynov