Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən sürətli operativ yaddaş dəsti təqdim olunub


“Corsair” şirkəti “DDR4” formatlı dünyanın ən sürətli operativ yaddaş qurğusu dəstini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “CMSX32GX4M4X4000C19” nömrəli modelin hər biri 8 giqabaytlıq 4 “SODIMM” modulundan ibarət olmasına görə ümumi yaddaş tutumu 32 giqabayt təşkil edir. 4 min MHs tezliyində fəaliyyət göstərən yeni model 1,35 Vatt cərəyan gərginliyi ilə işləyir.

Məlumata görə, “CL19-23-23-45” operativ yaddaş qurğusu dəstində ömürlük zəmanət verildiyi yüksəkkeyfiyyətli “Samsung” mikroçiplərindən istifadə olunur. Yeni qurğu “Mini-ITX” formatlı ana plata əsasında güclü, lakin kompakt fərdi kompüterlərdə istifadə üçün nəzərdə tutulub. Modelin tədarükünə artıq başlanılıb.

Yaddaş qurğusu dəstinin qiyməti 600 dollar təşkil edir.  

Nizam Nuriyev 





15/12/17    Çap et