ABŞ-da şəbəkə bitərəfliyi ləğv edilib
ABŞ Federal Rabitə Komissiyası 14 dekabrda ölkə ərazisində qüvvədə olan şəbəkə bitərəfliyi prinsipinin ləğvi haqda qərar qəbul edib. Komissiyanın üç üzvü bu qərarın lehinə, digər iki üzvü isə əleyhinə səs verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, xatırladaq ki, şəbəkə bitərəfliyi prinsipi istənilən internet trafiki onun xarakteri və mənşəyindən asılı olmayaraq eyni cür işlənməsinə, provayderlərə sayt və xidmətlərə sürətli giriş üçün ödəniş etməyi qadağan edir. Federal Rabitə Komissiyası tərəfindən hazırlanmış layihə bu məhdudiyyətləri ləğv edir və rabitə operatorlarına sürəti azaltmağa, bəzi resurslara girişi bloklamağa və digərlərinin mövqeyini yüksəltməyə imkan verir. Qurumun yeganə tələbi odur ki, şirkətlər çıxışın təqdim edilməsi qaydalarını və şərtlərini dərc etməlidirlər.
Emil Hüseynov