“Google” lazer şüasının köməyilə interneti çatdırmağa başlayacaq
“Google” şirkəti və “AP State FiberNet” telekommunikasiya operatoru Hindistanın Andxra-Pradeş ştatında lazer şüaları texnologiyasının köməyi ilə yüksəksürətli internet qoşulmanın çatdırılması üzrə şəbəkə istifadəyə verəcəklər. Bu təşəbbüs hökumətin 2019-cu ilədək 12 milyon ev idarəetməsinin (əsasən kənd təsərrüfatı sakinlərinin) internetə çıxışını təmin etmək istəyi ilə bağlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, gələn ilin yanvarından Hindistanda 2 min atmosfer optik rabitə nöqtəsi əlçatan olacaq. “Google”un nümayəndələri bildirib ki, bu layihə əsas giriş nöqtələrində kritik kəsilmələri aradan qaldırmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, “Google” şirkəti bundan əvvəl “Project Loon” adlı eksperimental layihəni sınaqdan keçirib. Stratosferin alt qatlarında (20 km-dən hündür) yerləşdirilmiş nəhəng hava şarları simsiz internet paylayıb. Bu təşəbbüs planetin ən ucqar nöqtələrində yaşayan insanların internetə çıxışını təmin etmək üçün nəzərdə tutulmuşdu.
Emil Hüseynov