Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gülləkeçirməz çexol noutbukları qoruyacaq


San-Fransisko həvəskarları noutbuk üçün gülləkeçirməz çexol yaradıblar. “C6SHELL” mühafizəli çexol layihəsi “Kickstarter” vəsait toplanışı saytında yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, çexol yaradıcılarının sözlərinə görə, “C6SHELL” güllənin qarşısını almaq üçün möhkəm olmaqla yanaşı, işə daşınma üçün yüngüldür. Çexol karbon lifi və alümindən hazırlanıb - ərinti poladdan on dəfə möhkəm və beş dəfə yüngüldür. Belə mühafizəyə malik noutbukla gülləni dəf etmək, onu əldən düşürmək və divara vurmaq mümkündür.

Çexolun ətrafı dairəvi formadadır ki, bu da onu daşıyan zaman rahat tutmağa imkan verir. Daxildə yerləşən yumşaq altlıq kompüter korpusunu cızılma və sürtünmələrdən qoruyur. Çexol 13-15 düym diaqonallı ekrana malik noutbuklar üçün nəzərdə tutulub.

Vəsait toplanışı mərhələsində “C6SHELL” çexolunun qiyməti 269 dollar təşkil edib. Çexolun istehsalına başlanılması üçün layihə yaradıcıları tərəfindən 100 min dolların toplanılması tələb olunur. 

Nizam Nuriyev
 






18/12/17    Çap et