Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” əməliyyat sistemində yeni boşluq aşkar edilib


“Google” şirkətinin mütəxəssisi Tevis Ormandi “Windows 10” sisteminə inteqrasiya edilmiş “Keeper” adlı şifr menecerinin brauzerlər üçün plaqinində kritik boşluq aşkar edib. Hakerlər sözügedən boşluq sayəsində  yoluxmuş veb-saytlar vasitəsilə istifadəçilərin yadda saxlanmış parollarına müdaxilə edə bilərlər. “Microsoft” şirkəti artıq reaksiya verib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, korporasiyanın nümayəndəsi bildirib ki, “Keeper”in tərtibatçıları artıq problemi həll ediblər, buna görə proqram təminatının ən yeni versiyası qurulmuş kompüterləri təhlükə gözləmir. Həmçinin bildirilib ki, brauzerdə “Keeper” plaqinindən istifadə edən istifadəçilər bu təhlükədən zərər görüblər.

Emil Hüseynov





18/12/17    Çap et