Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti “Sony” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək


Növbəti qabaqcıl “Sony” smartfonu qoşa kamera və smartfonlar bazarında ən güclü olmaqla “Kirin 970” çipini geridə qoyacaq “Qualcomm Snapdragon 845” prosessoru ilə təchiz olunacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, internetdə unikal nömrə və texniki xüsusiyyətlərə malik yeni “Sony” smartfonunun qeydiyyata alınması haqqında sənədlər dərc olunub. Sənədlərə görə, çəkisi 156 qram təşkil edəcək qurğu 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 15 meqapikselli ön kamera ilə təchiz ediləcək.

Məlumata görə, “H8216” nömrəsi ilə qeydiyyatdan keçən smartfonun 2018-ci ilin birinci rübündə təqdim ediləcəyi gözlənilir.

Bildirilir ki, bunun ən yeni “Snapdragon 845” prosessoru ilə təchiz edilən üçüncü smartfon olacağı ehtimal olunur. Birinci ya “Samsung Galaxy S9” və “S9+” ya da “Xiaomi Mi 7” smartfon modelləri ola bilər. “Sony Xperia XZ Premium” smartfonu isə əvvəlki nəsil ––“Snapdragon 835” prosessoru ilə təchiz olunub.

Nizam Nuriyev 





19/12/17    Çap et