Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel”dən yeni sərt disk
“İntel” firması tərəfindən hazırlanacaq və istehsalı cari ilin 3-cü rübündə gözlənilən 710 Series və 720 Series sərt daşıyıcılarının texniki parametrləri məlum olub.
710 Series daşıyıcıları çoxsəviyyəli xanaların (MLC) texnologiyası üzrə NAND fləş yaddaşının 25 nanometr mikrosxemləri əsasında 2.5 düym form-faktorunda hazırlanacaq. Tutum 100, 200 və ya 400 QB; buferin həcmi 64 MB olacaq. 128 bit uzunluğunda açarla AES alqoritmi üzrə aparat şifrləmə dəstəyi; kompyuterə qoşulma interfeysi - SATA II olacağı bildirilib. Oxuma rejimində məlumatların ötürülmə sürəti 270 Mb/s-ə qədər, yazı rejimində isə 210 Mb/s-a qədər olacaq. 720 Series diskləri PCI Express interfeysinə hesablanıb; onlarda birsəviyyəli xanaların (SLC) texnologiyası üzrə yerinə yetirilmiş yaddaşın 34 nanometr mikrosxemi tətbiq edilib. Tutum 200 və ya 400 QB; buferin həcmi isə 512 MB olacaq. 256 bitlik açarla AES şifrələmə dəstəklənir.
Daşıyıcılar korporativ sinif avadanlığında, həmçinin serverlərdə və işçi stansiyalarda tətbiq ediləcək. Qiymət haqqında məlumat verilmir.
16/06/11 Çap et