Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” konsert biletləri satacaq


Məşhur “YouTube” videoxidməti bu gün “Merch Store” adlı yeni funksiyanı işə salıb. Funksiya vasitəsi ilə xidmətə öz musiqisini təqdim edən partnyorlar fanatlarına müxtəlif malları “YouTube”-da öz kanalı vasitəsilə sata bilərlər.

İstifadəçilər ifaçıların rəqəmsal mahnılarını, konsertə biletləri ala bilərlər. “YouTube” videoxidməti bu funksiya çərçivəsində bir sıra şirkətlər ilə əməkdaşlıq edir: malların satışı, konsert və müxtəlif tədbirlərə biletlər üzrə “Topspin” mağazası, musiqi trekləri ilə ticarət edən “iTunes” və “Amazon” və s.

“YouTube” nümayəndələrinin sözlərinə əsasən, yeni funksiya növbəti həftələr ərzində bütün dünyada istifadəyə veriləcək.




17/10/11    Çap et