Belçika 171 ildən sonra teleqrafdan imtina edir
1846-cı ildə Belçikada ilk teleqram göndərilib. Mesaj Brüssel-Antverpen dəmir yolu boyunca çəkilmiş xətt vasitəsilə göndərilib. 171-ci il sonra ölkə teleqrafdan tamamilə imtina edəcək: son mesajlar 29 dekabr tarixində göndəriləcək və bundan sonra sistem öz işini dayandıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, Belçika teleqrafdan imtina edən ilk ölkə deyil. Məsələn, Böyük Britaniyada hələ 1982-ci ildə teleqrafdan imtina edilib. ABŞ-da 2006-cı ildə, Hindistanda isə 2013-cü ildə mesajların ötürülməsi üçün bu texnologiyadan istifadə dayandırılıb.
Belçikada teleqrafdan imtina edilməsinə səbəb mobil rabitə və messencerlər dövründə sistemə tələbatın çox az olması ilə bağlıdır. Hazırda yalnız 10 şirkət və az sayda şəxslər teleqraf xidmətlərindən istifadə edirlər. Sistem əsasən pristavlar tərəfindən istifadə edilir, çünki onlar mesajın göndərilməsi və qəbul edilməsi faktını qanuni qeydə almalıdırlar.
Teleqrafdan istifadə etmək üçün müştəri xüsusi nömrəyə zəng vurmalı və mesajı diktə etməlidir. Bu halda 20 sözdən ibarət sürətli teleqramın qiyməti təxminən 25 avrodur.
Emil Hüseynov