Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” proqramlar mağazasında zərərverici mobil tətbiqlər aşkar edilib


“Eset” antivirus şirkəti “Crypto Monitor” kriptovalyuta məzənnəsinin monitorinqi üçün proqram, həmçinin “Instagram StorySaver”dən tarixçələrin yüklənməsi üçün alət kimi maskalanan troyan haqda məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Google Play” mağazasında hər iki yoluxdurulmuş mobil proqram 1000-5000 dəfə yüklənilib. 4 dekabr 2017-ci il tarixində “Eset” mütəxəssislərinin xəbərdarlığından sonra hər iki proqram silinib.

Zərərverici proqram təminatı hakerlər tərəfindən loqin və parolların oğurlanması, həmçinin bank proqramlarında ikipilləli autentifikasiya üçün SMS-in ələ keçirilməsi məqsədilə istifadə olunur.

Qurğuda hədəf proqramı aşkar etmiş troyan mobil bankın loqin və parolunun daxil edilməsi üçün saxta formanı ekranda göstərir. Bu, istifadəçinin iştirakı olmadan, yaxud qurban troyan tərəfindən göstərilən bank mesajını açarkən baş verir. Daxil edilmiş məlumatlar hakerlərə göndərilir və qurbanın bank hesabına icazəsiz giriş üçün istifadə edilir.

Emil Hüseynov





19/12/17    Çap et