2021-ci ildə virtual və artırılmış reallıq qurğularının sayı 59 milyonu ötəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2017-ci ildə təxminən 9,6 milyon virtual və artırılmış reallıq (VR/AR) qurğusu dünya bazarına çıxarılacaq və 2021-ci ildə belə cihazların tədarükü 59 milyonu ötəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, hələ ki smartfonlarla birgə işləyən və öz displeyi olmayan ucuz VR modellər bazarda artımı təmin edirlər, amma ekspertlər hesab edirlər ki, tədricən bu kateqoriya öz mövqeyini itirəcək, istehsalçılar VR/AR qarniturların digər iki növünə (kompüterə bağlı və avtonom modellər) diqqət yetirməyə başlayacaq.
“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ildə smartfonlarla birgə işləyən VR qurğuların bazar payı yalnız 14,8% təşkil edəcək, halbuki 2017-ci ildə onların payı 58,8% səviyyəsində gözlənilir.
VR qurğular bazarının inkişafı yalnız istehlak sinfinə məxsus modellərin deyil, həm də kommersiya seqmentinin hesabına təmin ediləcək. “IDC”-nin analitikləri hesab edirlər ki, kommersiya məsələləri üçün nəzərdə tutulmuş VR qarniturların tədarükü 2017-ci ildə 1 milyondan 2021-ci ilin sonuna 12,6 milyonadək artacaq. AR modellər bu istiqamətdə daha mühüm rol oynayacaq: proqnozlaşdırılan dövrün sonuna kommersiya istifadəsi üçün nəzərdə tutulmuş artırılmış reallıq qurğularının tədarük həcmi 15,6 milyona yaxınlaşacaq.
Emil Hüseynov