Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Google Chrome” brauzerini quraşdırmağı qadağan edib


“Microsoft” korporasiyası “Google Chrome” quraşdırıcısını öz proqramlar mağazasından silib. Beləliklə, “Windows 10 S” istifadəçiləri sözügedən brauzerdən istifadə edə bilməyəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiya bununla bağlı konkret səbəb göstərməyib və yalnız qeyd edib ki, proqram "unikal və fərqləndirici" olmalıdır: "Biz “Google Chrome” quraşdırıcısını “Microsoft Store” mağazasından sildik, çünki proqram mağazamızın siyasətinə uyğun deyil". “Google” şirkəti bu vəziyyətlə bağlı hər hansı şərh verməyib.

“Microsoft” şirkəti cari ilin mayında “Windows 10 S” sisteminin yeni versiyasını təqdim edib. Sistem bir sıra məhdudiyyətlərə malikdir. Məsələn, standart brauzerin dəyişdirilməsinə qadağa qoyulub. Bundan başqa, yeni proqramları yalnız “Microsoft Store” proqramlar mağazası vasitəsilə yükləmək mümkündür.

Emil Hüseynov





21/12/17    Çap et