“Apple” batareyanın daha uzun müddət işləməsi üçün öz smartfonlarının işləmə sürətini azaldır
"Apple" şirkəti "iOS" sisteminin son versiyaları qurulmuş öz smartfonlarının (ilk növbədə "iPhone 6", "iPhone 6s", "iPhone 7" və "iPhone SE") işləmə sürətinin azalmasını etiraf edib.
"ICTnews" Elektron Xəbər Xidməti "
belta.by" saytına istinadən yazır ki, istehsalçı bu yolla vaxt keçdikcə ilkin tutumunu itirən akkumulyator batareyalarının istismar müddətini uzatmaq istəyir. Hər bir yeniləmə smartfonun işləmə sürətini azaldır.
Litium-ion akkumulyatorları vaxt keçdikcə öz xüsusiyyətlərini itirir və temperatur dəyişikliyinə pis uyğunlaşır. Bunun nəticəsində aparatların takt tezliyi azalır.
Akkumulyator batareyasını əvəz etdikdə qurğuların ilkin sürəti geri qayıdır.
Emil Hüseynov