Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika" mövzusunda keçiriləcək beynəlxalq konfrans keçiriləcək
Lənkəran Dövlət Universitetində 23-25 dekabr 2011-ci il tarixlərində "Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinlənilərək təhlil ediləcək.
Konfransın əsas bölmələri:
1. Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi
2. Azərbaycanın milli inkişaf modeli
3. Təhsil və sosial-iqtisadi inkişaf
4. İnformasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf
5. Dayanıqlı inkişafın elmi-nəzəri problemləri
6. İdarəetmə və optimal idarəetmə modelləri
7. Qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf
Konfransın sonunda onun mövzusuna dair tələbələr və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçirəcəklər.
Təşkilatçılar:
Lənkəran Dövlət Universiteti, AMEA-nın Lənkəran Regional Elm Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Turizm İnstitutu.
Konfransın işinə dair məlumat təşkilat komitəsı tərəfindən mütəmadi veriləcək. Plenar məruzələr - 45 dəqiqə, bölmə məruzələri - 30 dəqiqə, qısa məlumatlar - 10 dəqiqə.
Konfransın işçi dilləri:
Azərbaycan, rus və ingilis.
Konfransa qədər məruzə tezislərinin çap olunması planlaşdırılır.
Konfransda iştirak üçün 31 oktyabr 2011-ci ilə qədər konfrans iştirakçısının qeydiyyat vərəqini (SAA, elmi dərəcəsi, elmi adı, iş yeri, ünvanı, vəzifəsi, ev ünvanı, telefonları, e-poçtu, məruzənin adı, bölmənin adı) və 1 səhifə həcmində məruzə tezisini kağız və elektron formada göndərmək lazımdır. Məruzələrin tam mətni və onların elektron forması 10 dekabr 2011-ci ilə qədər göndərilməlidir.
Format: A4 , soldan 25 mm, sağdan 15mm, yuxarıdan və aşağıdan 20 mm, şriftin ölçüsü - 12 pt, şrift - Times New Roman, sətirarası interval - 1.0, səhifələr nömrələnmir.
Ünvan: AZ4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50.
Lənkəran Dövlət Universiteti: www.lsu.edu.az
e-mail: conference@lsu.edu.az
tel: (02525) 5-25-88, 5-03-40, 5-42-61, faks: (02525) 5-27-86
Əlaqəlandirici şəxs: dosent Şəmmədov Ramiz (mob) +994703212018
17/10/11 Çap et