“Facebook” fişinq hücumu ilə mübarizə üçün yeni funksiya istifadəyə verib
“Facebook” şirkəti tərəfindən istifadəyə verilmiş yeni təhlükəsizlik funksiyası istifadəçilərin elektron məktublarını fişinq hücumundan müdafiə edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Facebook” sosial şəbəkəsi şübhəli aktivlik və ya parolun dəyişdirilməsini qeydə alarkən “facebookmail.com” domenindən istifadəçilərə elektron məktub göndərməklə onları bu barədə xəbərdar edir. Kibercinayətkarlar tez-tez zərərverici linklərdən ibarət olan və “Facebook”dan göndərilən mesajlar şəklində maskalanmış fişinq məktubları göndərirlər.
İndi istifadəçilər "Daxil olanlar" qovluğundakı mesajın həqiqətən “Facebook” tərəfindən göndərildiyini yoxlaya bilərlər. Bunun üçün "Sazlamalar" –> "Təhlükəsizlik və giriş" –> "Facebook-dan göndərilmiş son məktublara baxmaq" bölmələrini seçmək lazımdır. Beləliklə, son elektron məktubları görmək olar və əgər poçt qutusundakı mesaj siyahıda yoxdursa, demək, o saxtadır.
Əgər siz bu alətdən istifadə edərək qəbul edilmiş məktubun saxta olduğunu aşkar etmisinizsə, bu haqda “
phish@facebook[.]com” ünvanına məlumat verməyinizi tövsiyə edirik.
Emil Hüseynov