Yeni neyron şəbəkə gələcəyi proqnozlaşdıracaq
ABŞ alimləri süni ağıl sistemlərinin səmərəliliyini artıracaq yeni tip neyron şəbəkəsi yaradıblar. Mexaniki intellekt gələcəyi proqnozlaşdırmağa imkan verir və tələffüz edilməyən sözləri əvvəlcədən bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, yeni şəbəkənin əsasını memristorlar adlanan xüsusi qurğular təşkil edir. Onlar məlumatları saxlaya və məntiqi əməliyyatları yerinə yetirə bilirlər. Miçiqan Universitetinin alimləri onları ölçülərinin kiçikliyinə və mövcud elektron sistemlərinə rahat inteqrasiyasına görə seçiblər.
Məlumata görə, istifadə olunan qurğulardan fərqli olaraq memristorların təlimə ehtiyacı yoxdur və bu, onlara əsaslanan neyron şəbəkənin hazırlıq vaxtını xeyli azaldır. Məlumatlar dəsti onların əsas xüsusiyyətlərindən asılı olaraq ikinci dərəcəli şəbəkəyə sadələşdirilmiş şəkildə ötürülür və yalnız bu səviyyədə təlimin keçirilməsi tələb olunur. Belə sistem insan nitqi kimi dinamik axınlı məlumatlarla iş üçün əlverişlidir. Bundan başqa, memristorlar təkcə sözləri tanımır, həm də növbəti sözləri analitik baxımdan əvvəlcədən bilir. Alimlərin sözlərinə görə, hətta sözlərin tam deyilməsinə ehtiyac yoxdur, çünki sistem özü onları tamamlayacaq. Sistem bir saniyə sonra nəyin deyiləcəyini əvvəlcədən biləcək. Gələcəkdə oxşar qurğular vasitəsilə insan beyninin imitasiya edilməsi ehtimal olunur.
Nizam Nuriyev