Çində “4G” sürəti üzrə dünya rekordu qeydə alınıb
Hazırda şirkətlər beşinci nəsil şəbəkəsinin işə salınması üzərində çalışdığı bir zamanda Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Unicom” şirkəti məlumatların “4G” texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb. Şirkət öz hədəfinə nail olmaq üçün “Snapdragon X20 Cat.18” modemi ilə təchiz edilmiş yeni “Qualcomm Snapdragon 845” prosessorundan istifadə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “China Unicom” şirkəti sınaqlar zamanı 1155,8 Mbit/s sürətə nail olub. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, indi rekord göstərici hesab edilir.
Emil Hüseynov