Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pilotsuz uçan yük aparatı yaradılır


San-Fransiskonun “Elroy air” startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur. Tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən və uzaq məsafələrə uça bilməyən kiçik dronlara alternativ olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Elroy air” şirkətinin “Aluminum Falcon” adlanan dronu kiçik təyyarə ölçüsündədir. Tərtibatçıların hesablamalarına görə, pilotsuz uçan aparatın sürəti saatda 160 kilometrə çata bilər. Aparat prototipi lidar optik ötürücüləri, kamera və onun anbardan təyinat məntəqəsinə təhlükəsiz və tez uçuşunu təmin edəcək digər ötürücülərlə təchiz edilib. Hibrid mühərrikə malik “Aluminum Falcon” vertikal şəkildə uça və eniş edə bilir.

Məlumata görə, “Aluminum Falcon” aparatının əsas xüsusiyyətlərindən biri  təkcə pilotsuz uçan aparatın deyil, eyni zamanda yük konteynerinin süni intellekt proqramı ilə təchiz olunmasıdır. Bu, ona “ağıllı yükləmə”ni həyata keçirməyə və yük bölməsi tam dolandan sonra uçmağa imkan verəcək. Bütün bağlamaları çatdıran dron anbardan siqnal alaraq bazaya qayıdacaq.

Bildirilir ki, 300 kilometrədək məsafəyə uçmaq qabiliyyəti “Aluminum Falcon” aparatına uzaq məsafələrə uçan dronlarla rəqabət aparmamağa imkan verməklə hava ilə kiçik distansiyalara yükləri daşıyacaq. Bundan başqa, ölçülərin kiçik olması pilotsuz uçan aparatın havada dağlar üzərində hərəkətinə mane olmayacaq. Belə ki, “Aluminum Falcon” süni intellekt sayəsində təpə, ağac və naqillər arasında asanlıqla manevr etməyə imkan verəcək.

Aparatın tam işlək prototipinin təqdimatı 2018-ci ilin yayına, ikiillik sınaqlardan sonra kütləvi istehsalına başlamaq planlaşdırılır.

Nizam Nuriyev 





26/12/17    Çap et