Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada turistlərə müxtəlif dövrləri vizual görməyə imkan verən virtual reallıq kioskları istifadəyə verilib


Fransanın şimalında yerləşən "Monument des Fraternisations" tarixi abidəsinin qarşısında "Timescope" layihəsi çərçivəsində yeni bir giriş nöqtəsi açılıb. Turistlərin müxtəlif dövrləri vizual görə bilməsi üçün mühüm tarixi yerlərin yaxınlığında virtual reallıq zonalarının yaradılması nəzərdə tutulur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, hazırda Fransada 15 belə giriş nöqtəsi qurulub. Belə nöqtələrin  istifadəyə verilmə sürəti texnologiya və ya investisiyalardan deyil, rəssam və dizaynerlərin əməyindən asılıdır. Onlar arxiv şəkil, xəritə və təsvirlər əsasında tanınmış yer və hadisələrin həqiqi üçölçülü modellərini yaradırlar. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
 
"Timescope" texnologiyasını gələn ilin əvvəlində Las-Veqasda keçiriləcək "CES" sərgisində tam qiymətləndirmək mümkün olacaq. Gözləntilərə görə, 2018-ci ilin sonunadək dünyada məşhur turizm obyektlərinin yaxınlığında ən azı 100 belə giriş nöqtəsi istifadəyə veriləcək.

Emil Hüseynov







26/12/17    Çap et