Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 710”-nun xüsusiyyətləri açıqlanıb


Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti “Nokia 710” smartfonunu hazırlayır. Smartfonun proqram platformasının “Windows Phone” olacağı ehtimal olunur.

Aparatın "ürəyi”nin 1.4 QHz takt tezlikli “ARM Cortex A8” prosessoru olacağı bildirilib. Əməli yaddaş tutumu 512 MB; inteqrasiya edilmiş fləş modulun tutumu 8 QB-dır.

Sensor ekranın diaqonalı, məlumatlara əsasən, 3,7 düym təşkil edəcək; kəskinlik 480×800 nöqtədir. 720p formatında yüksək dəqiqlikli videoyazma imkanı ilə 5 meqapiksel kameranın olacağı bildirilir. Smartfonun ölçüləri 119×62,4×12,5 millimetr, çəkisi 125 qramdır.




17/10/11    Çap et