Sərt disklərin işinin iki dəfə artırılması üsulu təklif edilir
Bəşəriyyətin saxladığı və istifadə etdiyi məlumatların həcmi artdıqca daha tutumlu informasiya daşıyıcılarına tələbat yüksəlməklə yanaşı, onların oxunuşu və yazılışı üçün sürətin məhdud olması problemi kəskin xarakter alır. “Seagate” şirkəti sərt disklər (SSD) üçün problemin həlli ilə bağlı təklifini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
NEWSru” resursuna istinadən yazır ki, adi sərt disklərdə məlumatların oxunması və yazılışı hərəkətli “actuator” qurğusuna bərkidilən və yüksək sürətlə dövr edən plastinlərdən (başlıqlar fırlanma zamanı yaranan hava axını sayəsində onlar üzərində dövr edirlər) oxunuş və yazılışı həyata keçirən maqnit başlıqlar vasitəsilə edilir. “Multi Actuator” adlı təklif edilən texnologiyanın ideyası diskləri eyni anda iki məlumat axınını emal etməyə imkan verəcək ikinci müstəqil “actuator” qurğusu ilə təchiz etməkdən ibarətdir. Bu, onların məhsuldarlığını mövcud disklərlə müqayisədə iki dəfə artıracaq.
Məlumata görə, şirkət hazırda “Multi Actuator” texnologiyasını dəstəkləyən ilk sərt disklərin nə vaxt satışa çıxarılacağı barədə məlumat verməsə də, onun yaxın gələcəkdə yeni məhsullara tətbiq ediləcəyini bildirir.
Xatırladaq ki, ötən ilin avqustunda “Seagate” şirkəti məlumat emalı mərkəzlərində istifadə üçün nəzərdə tutulan 60 terabayt tutumlu “SSD” toplayıcısını nümayiş etdirib. Yeni toplayıcı o vaxt satışda olan sərt diskləri yaddaş həcminə görə dörd dəfə, məlumatların yazılma sıxlığına görə iki dəfə üstələyib.
Nizam Nuriyev