Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Google” sistemi mətnləri insan kimi səsləndirəcək


“Google” şirkətinin mütəxəssisləri neyron şəbəkələr texnologiyasından istifadə etməklə mətni robot kimi deyil, canlı insan kimi oxuyan və səsləndirən yeni “Tacotron 2” sistemini yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, məlumata görə, şirkət artıq “Tacotron 2” sisteminin real insan nitqinin sintezi ilə sınağını keçirib. Sistem realistik hazırlandığından onu canlı insan səsindən fərqləndirmək çətindir.

Bildirilir ki, sistemin neyron şəbəkələrə əsaslanması ona danışıq zamanı pauza, aksent etməyə, vurğu qoymağa və cümlələri düzgün intonasiya ilə tələffüz etməyə imkan verir. “Google” mütəxəssisləri qeyd edir ki, yeni proqram uzun cümlələri səhvsiz tələffüz edir və aksentlə deyilən sözləri səslə ayırır.

Məlumata görə, hazırda “Tacotron 2” qadın səsi ilə yalnız ingilis dilində olan mətnləri səsləndirir. Gələcəkdə yeni texnologiyanın “Google” şirkətinin “Google Assistant” və ya  “Google Translate” kimi servislərinə tətbiqi planlaşdırılır.

Nizam Nuriyev 





28/12/17    Çap et