Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ölkədə messencerdən virtual şəxsiyyət vəsiqəsi kimi istifadə ediləcək


Çinin Quancjou şəhərində “WeChat” messencerinin virtual şəxsiyyət vəsiqəsi kimi tətbiqi üzrə pilot layihə istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, Çin hakimiyyətinin fikrincə, layihə 2018-ci ilin yanvarından ölkə ərazisində qüvvədə olacaq. Messencer vətəndaşların ənənəvi şəxsiyyət vəsiqələrini əvəz edəcək və onlara dövlət xidmətləri, çatdırılma xidmətləri, mehmanxanalarda qeydiyyatdan keçməyə, alış-veriş etməyə imkan verəcək.

Çin vətəndaşları üçün ID kartın iki versiyası əlçatan olacaq. Sadə versiya internet kafedə qeydiyyatdan keçməyə və başqa gündəlik işləri görməyə, qabaqcıl versiya isə, məsələn, biznesi qeydiyyatdan keçirməyə imkan verəcək.

“WeChat” mətn və səsli mesajların ötürülməsi üçün mobil rabitə sistemidir. Çinin “Tencent” şirkəti tərəfindən hazırlanıb. Xidmət 2011-ci ilin yanvarında istifadəyə verilib.

Emil Hüseynov





28/12/17    Çap et