Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SMART” TV populyarlaşır


“IHS Markit” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə “Smart TV” funksiyasına malik modellər qlobal televizor bazarının 60%-ni təşkil edəcək. Yeni statistika “Smart TV”-nin xeyli populyarlaşmasını sübut edir: 2011-ci ildə belə modellərin bazar payı 13% səviyyəsində idi, 2013-cü ildə artıq 35,3%, 2016-cı ildə isə 47%-ə yaxınlaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu bazarda lider şirkət olan “Samsung Electronics” "ağıllı" televizorların populyarlaşmasına xeyli töhfə verib. “IHS” analitik şirkətinin məlumatına görə, 2017-ci ildə “Samsung” tərəfindən satılan televizorların 70%-dən çoxu “Smart TV” kateqoriyasına aid olub. Belə yüksək göstərici ilk dəfə qeydə alınıb. Müqayisə üçün, 5 il bundan əvvəl Cənubi Koreya nəhənginin çeşidində “ağıllı” modellərin bazar payı 32% təşkil etdiyi halda 2014-cü ildə “Samsung” televizorlarının təxminən 50%-i "ağıllı" kateqoriyasına aid olub. 2016-cı ildə “Smart TV”-nin nüfuzetmə dərəcəsi 65% təşkil edib.

Gözləntilərə görə, 2018-ci ildə “Samsung” şirkəti öz televizorlarına “Bixby” virtual köməkçisini inteqrasiya edəcək. Bu, şirkətə “Smart TV”,  “Family Hub” "ağıllı" soyuducularını, həmçinin "ağıllı" dinamiklərini vahid ekosistemdə birləşdirməyə imkan verəcək.

Emil Hüseynov





28/12/17    Çap et