Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Philips” şirkəti 4500 əməkdaşını işdən çıxardır
Hollandiyanın işıqlandırıcı avadanlıq, tibbi cihaz və məişət elektronikası istehsalçısı “Philips” şirkəti 4500 əməkdaşını işdən çıxarmaq haqqında bildirib. 1400 işçi Hollandiyada çıxarılacaq.
“Philips” şirkətinin bu addımı şirkət xərclərinin azalması üzrə tədbirlərin bir hissəsidir. Nəşrdə qeyd edilib ki, “Philips” şirkətinin gəlirləri üçüncü rübdə 368 milyon avroya qədər azalıb.
Məlumat üçün qeyd edək ki, 1 il əvvəl bu göstərici 647 milyon dollar olub. “Philips” şirkətinin gəliri 1,3% azalıb və 5,39 milyard avro təşkil edib.
“Philips” şirkətinin əsas icraçı direktoru Frans van Xoutenin sözlərinə əsasən, bu addım qaçılmazdır, çünki bu şirkətin və onun artan iqtisadi çətinliklərə qarşı davam gətirmək qabiliyyətinin bərpası üçün lazımdır.
“Philips” şirkətinin 2011-ci ilin sonuna kimi televizor istehsalını tamamilə dayandırmaq, həmçinin şirkət strukturunu sadələşdirmək niyyətində olduğu qeyd edilib.
17/10/11 Çap et