Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində günəş panelləri ilə təchiz edilmiş yol istifadəyə verilib


Çinin Szinan şəhərində günəş panelləri ilə təchiz edilmiş 1 kilometr uzunluğunda sürət magistralı istifadəyə verilib.

Yol örtüyü eyni zamanda ağırlıq yükünə tab gətirməyə və günəş işığını keçirtməyə imkan verən şəffaf və möhkəm materialdan hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, ümumi sahəsi 5875 kv.metr təşkil edən günəş panelləri ildə 1 milyon kilovatt saat elektrik enerjisi hasil edə bilər. Layihə üçün məsuliyyət daşıyan “Qilu Transportation Development Group” şirkətindən bildirilib ki, bu, təxminən 800 ailənin ehtiyacının təmini üçün kifayətdir.

Panellərdən əldə edilən elektrik enerjisi şosedə yerləşmiş obyektləri (lampalar, reklam lövhələri, kameralar və başqa infrastrukturu) enerji ilə təmin edəcək. Artıq qalan enerji Çinin dövlət şəbəkəsinə ötürüləcək.

Emil Hüseynov





29/12/17    Çap et