Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ortopedik əməliyyatlar keçirməyə kömək edən robot cərrah təqdim edilib


Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk  əməliyyat keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib.

Sözügedən robotun köməyi ilə çanaq sümükləri və əl-ayaq sınıqları zamanı ortopedik əməliyyatlar keçirmək, həmçinin boyun, döş, bel və sağrı daxil olmaqla onurğada əməliyyatlar aparmaq mümkündür.

Emil Hüseynov





04/01/18    Çap et