Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə "ağıllı" evlərə haker hücumları proqnozlaşdırılır


Kibertəhlükəsizlik sahəsi ilə məşğul olan ekspertlər cari ildə kompüter sahəsində gözlənilən təhlükələr haqda məlumat veriblər. Texniki mütəxəssislər hesab edirlər ki, indiki halda "ağıllı" evlər hakerlərin hədəfindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, hazırda dünyada “ağıllı” qurğular populyarlaşmaqdadır. Tərtibatçılar müasir təhlükəsizlik sistemlərinə çox da diqqət ayırmayaraq belə qurğuların hazırlanmasına üstünlük verirlər. Bunun nəticəsində 2018-ci ildə "ağıllı" evlər hakerlərin hədəfində olacaq. Həmçinin “ağıllı” saatlar, başqa “ağıllı” qurğular zərbə altında olacaqlar.

Mütəxəssislər hesab edirlər ki, şirkətlər indiki halda biznesin idarə edilməsi fəlsəfəsinə dəyişiklik etməlidirlər. Qeyd etmək lazımdır ki, əks təqdirdə yeni kibercasusluq növləri meydana çıxacaq. Proqramçılar “ağıllı” saat və “ağıllı” evlərdə müasir təhlükəsizlik sistemlərinə diqqət ayırmalıdır.

Emil Hüseynov





04/01/18    Çap et