Çjenszyans Universitetindən olan Çin tədqiqatçıları stolüstü tennis oynaya bilən robotların hazırlanmasına 4 il vaxt sərf ediblər. Mexanikləşdirilmiş oyunçular təxminən 1,6 metr boya və 55 kq çəkiyə malikdirlər.
Topun izlənilməsinə saniyədə 120 kadr sürətlə təsviri ötürən kameralar məsuliyyət daşıyır. İnteqrasiya edilmiş prosessor və ixtisaslaşdırılmış proqram təminatı uçuş sürətini və topun trayektoriyasını hesablayır. Robotlar bir-birləri ilə və ya insanlar ilə oynaya bilərlər.
Mexanikləşdirilmiş tennisçilərin hazırlanması avtomatlaşdırılmış innovasiya texnologiyalarının yaradılması üzrə kompleks proqramın bir hissəsidir. Çin alimləri, həmçinin təsərrüfat işlərini yerinə yetirə bilən robotları təqdim etməyi planlaşdırırlar.