Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada “3D” texnologiyası ilə çap edilmiş ilk avtobus dayanacağı təqdim edilib


Çində “3D” printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağı istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “3D” çap texnologiyası vaxt keçdikcə geniş tətbiq edilir. Məsələn, ötən ilin oktyabrında Niderlandda “3D” texnologiyası ilə çap edilmiş velosiped körpüsü istifadəyə verilib.

İndi isə “WinSun Construction” şirkəti “3D” printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağını təqdim edib.

Emil Hüseynov





08/01/18    Çap et