“iOS 11.2.2” versiyası təqdim olunub
"Apple" şirkəti "iPhone", "iPod Touch" və "iPad" qurğuları üçün "iOS 11.2.2" versiyasını çıxarıb.
İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, "Əsas" adlı altmenyuya keçmək və "Proqram təminatının yeniləməsi"ni seçmək lazımdır.
"ICTnews" Elektron Xəbər Xidməti "
macdigger.ru" saytına istinadən yazır ki, bu yeniləmədə "Safari" brauzeri üçün təhlükəsizlik paketi nəzərdə tutulub. Həmçinin əməliyyat sisteminin yeni versiyası bu yaxınlarda "ARM", "Intel" və "AMD" prosessorlarında aşkar edilmiş "Spectre" boşluğu vasitəsilə "iOS" sistemi ilə işləyən qurğuları müdaxilədən qoruyur.
"Apple" bütün istifadəçilərə yeni versiyanı quraşdırmağı tövsiyə edir, çünki hakerlər prosessorda aşkar edilmiş boşluğa görə "iPhone" və "iPad" sahiblərinin fərdi məlumatlarına müdaxilə edə bilər.
"iOS 11.2.2" versiyası aşağıdakı qurğularda dəstəklənir: "iPhone 5s" və daha sonrakı versiyalar, "iPad Air" və daha yeni, "iPod Touch 6".
Emil Hüseynov