Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone SE 2” smartfonu nə vaxt təqdim ediləcək?


“Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini iyunda keçiriləcək “Apple” platformalı tərtibatçıların illik Ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) çərçivəsində təqdim edə bilər. Bu barədə bir sıra Çin mənbələrinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ikinci nəsil ucuz smartfonun sonuncu “iPhone X Plus” modelinin təkmilləşdirilmiş versiyasından ayrıca buraxılacağı gözlənilir. Xatırladaq ki, bir sıra nüfuzlu nəşrlərin, o cümlədən “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun məlumatına görə, “Apple” şirkəti bu il 3 smartfon təqdim edəcək.

İlkin məlumatlara görə, “iPhone SE” modelini əvəzləyəcək “iPhone SE 2” smartfonu “Apple A10” prosessoru daxil olmaqla ötən il buraxılan “iPhone 7”-nin eyni texniki imkanlarına malik olacaq. Bununla yanaşı, yeni qurğunun 4 düym diaqonallı dizayn və “Touch ID” barmaq izi skanerini saxlayacağı qeyd olunur.

“iPhone SE 2” smartfonu eksklüziv olaraq Tayvanın “Wistron” istehsalçısı tərəfindən hazırda orijinal “iPhone SE” modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə yığılacaq.

Nizam Nuriyev 





10/01/18    Çap et