“Microsoft” şirkətinin yeni təhlükəsizlik yeniləməsi kompüterləri söndürür
"Microsoft" korporasiyası "Windows" əməliyyat sistemində "Meltdown" və "Spectre" boşluqlarını aradan qaldıran təhlükəsizlik yeniləməsinin yayılmasını dayandırıb. Sözügedən təhlükəsizlik yeniləməsi "AMD" prosessorları quraşdırılmış kompüterlərin sönməsinə səbəb olub.
"ICTnews" Elektron Xəbər Xidməti "
lenta.ru" saytına istinadən yazır ki, "AMD çiplərinin istehsalçısı tərəfindən "Microsoft" şirkətinə edilmiş şikayətə görə təhlükəsizlik yeniləməsinin quraşdırılmasından sonra onların kompüterləri açılmır" – şirkətin nümayəndəsi deyib.
Korporasiya artıq bu problemin həlli üzərində işləyir.
"Meltdown" adlı boşluq proqrama nüvə yaddaşı daxil olmaqla kompüterin istənilən yaddaşını oxumağa imkan verir. Eyni zamanda "Spectre" boşluğu proqramların təcrid olunmasında boşluq köməyi ilə hakerə başqa proqramlardan informasiya əldə etməyə imkan verir. Bu boşluqlar "Intel", "ARM64" və "AMD" prosessorlarına qarşı hücum həyata keçirə bilərlər.
Emil Hüseynov