Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edilib


“SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES” sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, ötən il təqdim edilmiş 2 TB tutuma malik “Kingston DataTraveler Ultimate GT” dünyada ən tutumlu fləş kart hesab edilir. “SanDisk” şirkətinin prototipi 1 TB tutuma malikdir.

Bundan başqa, “SanDisk”in prototipi “USB-C” interfeysinə (halbuki “Kingston” fləş kartında köhnə USB 3.0 texnologiyasından istifadə edilir) malikdir və bu, o deməkdir ki, yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də, məsələn, “Android” smartfonları arasında istifadə edilə bilər.

Emil Hüseynov





10/01/18    Çap et