Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robot anbardarlara kömək edəcək


Böyük Britaniyanın “Ocado” internet supermarketi anbarda texniklərə kömək üçün nəzərdə tutulan yeni robot prototipi nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “ARMAR-6” adlanan robot “Ocado” tərəfindən bir neçə universitetlə, o cümlədən Lozanna Federal Politexnik Məktəbi və London Universitet Kolleci ilə əməkdaşlıqda hazırlanıb. İş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iş mühitində insanlarla təhlükəsiz işləyə bilən robotların yaradılması üzrə layihə çərçivəsində aparılıb.

Məlumata görə, “ARMAR-6” insanabənzər bədən, baş və əllərə malikdir və təkərlə təchiz edilən dayaqlı mühərrikin köməyi ilə hərəkət edir. Robot yerin təyini və obyektləri görmək üçün kameralardan istifadə edərək sonradan onları anbar mühəndislərinə ötürür.

Hazırda hazırlanma mərhələsində olan “ARMAR-6” robotunun bir neçə ilə istifadəyə veriləcəyi planlaşdırılır.

Nizam Nuriyev
 






12/01/18    Çap et