Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi üzrə təlimlərə start verilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam etdirilir.

Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 12 yanvardan etibarən start verilib. Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə layihə haqqında iştirakçılara məlumat verilib və layihənin növbəti mərhələsinin gənc sahibkarlar üçün keçirildiyi qeyd edilib.

Növbəti təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı və regional təlim mərkəzlərində davam etdiriləcəkdir. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.

Təlimlər  3 gündən ibarət olub, 6 mövzunu əhatə edir:
Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaqdır.













12/01/18    Çap et