Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin son versiyasının payı cüzi olaraq qalır


“Android 8.0 Oreo” versiyasının bir neçə ay əvvəl buraxılmasına baxmayaraq onun “Android” sistemli elektronika bazarında payı 1 faizə yaxın olaraq qalır. Bu barədə “Google” şirkətinin yeni statistik məlumatlarında deyilir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin sonu 8 yanvar 2018-ci ilə təsadüf edən yeddigünlük dövr üçün hesablamalarına görə, “Android 8.0 Oreo” versiyası “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aktiv qurğuların 7 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 0,5 faiz təşkil edib.
 
Məsələ istifadəçilərin qurğuları yeniləməməsində yox, qurğu istehsalçıları və operatorlar tərəfindən smartfonları 2017-ci ilin avqustunda buraxılan yeni platformaya keçirməyə yubadılmasındadır.
 
Məlumata görə, “Google” şirkətinin mobil əməliyyat sisteminin ən populyar modifikasiyası son reytinqdə 28,6 faizlik bazar payına sahib çıxan “6.0 Marshmallow” olaraq qalır.
 
Ümumi payı 23,3 faizə bərabər “Android Nougat 7.0-7.1” ikinci yerə yüksəlib. Üçüncü pillədə “Android” elektronikası bazarında 25,1 faizlik iştirak payı ilə “Lollipop” (5.0-5.1) qərarlaşıb. Sonrakı mövqelərə “KitKat” (12,8 faiz) və “Jelly Bean” (5,6 faiz) sahib çıxıb.
 
Köhnəlmiş “Android Gingerbread” və “Ice Cream Sandwich” versiyalarına hələ də “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların təxminən 0,4-0,5 faizində rast gəlmək mümkündür.
 
“Google” şirkətinin statistikasında “Android” mobil əməliyyat sisteminin payı 0,1 faizdən az versiyaları nəzərə alınmır.
 
Nizam Nuriyev 





13/01/18    Çap et