“Moviphone” smartfonu 100 düymlük televizoru əvəz edəcək
Las-Veqasda keçirilən “CES 2018” sərgisində nümayiş olunan maraqlı məhsullardan biri lazerli proyektorun quraşdırıldığı “Moviphone” smartfonu olub. Təsviri 100 düym diaqonaladək proyeksiya edən qurğu istənilən vertikal səthdə təqdimatlar keçirməyə, fotoşəkillər göstərməyə və ya filmlərə baxmağa imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, ilk baxışda adi smartfondan az fərqlənən “Moviphone” 5,5 düym diaqonallı “HD” ekran və arxa tərəfdə barmaq izi skanerinə malik metal korpusla təchiz edilib. Proyektor qurğunun yuxarı hissəsində yerləşir. Maksimal parlaqlıq 50 lümen təşkil edir. Smartfonda açılan ayaqların quraşdırılmamasına görə təsvirin proyeksiyası üçün onu əldə saxlamaq və ya altlıqda yerləşdirmək tələb olunur.
Məlumata görə, “Moviphone” orta sinfə aid “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfondur. Qurğu səkkiznüvəli “MediaTek MT6750V” prosessor, “Mali-T860 MP2” qrafik sürətləndiricisi, 16 meqapikselli əsas və 8 meqapikselli ön kameralar, eləcə də 4 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
599 dollara satışa çıxarılacaq “Moviphone” smartfonunun kütləvi istehsalına başlamaq planlaşdırılır.
Nizam Nuriyev