“Windows 10” sistemi qlobal əməliyyat sistemləri bazarının 33%-nə nəzarət edir
“NetMarketShare” servisinin məlumatına görə, “Windows 10” platforması qlobal əməliyyat sistemləri (ƏS) bazarının 33%-nə nəzarət edir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin dekabrında “Windows 10” əməliyyat sistemi dünyadakı masaüstü kompüter və noutbukların 32,9%-nə quraşdırılıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 1% yüksəkdir. Bu müddət ərzində “Windows 7” sisteminin bazar payı dəyişməyərək təxminən 43% təşkil edib.
5,71% bazar göstəricisinə malik “Windows 8.1” platforması qlobal ƏS bazarında üçüncü yerdə qərarlaşıb.
2017-ci ilin noyabrında “Microsoft” korporasiyası məlumat verib ki, “Windows 10” sistemi 600 milyon qurğuya quraşdırılıb. “Windows 10” əməliyyat sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk gündə sözügedən ƏS 14 milyon, 3 həftə sonra isə 53 milyon kompüterə quraşdırılıb. 2016-cı ilin sentyabrında bu göstərici 400 milyon olub.
Emil Hüseynov