Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq


Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” “Sony” şirkəti “Xperia XZ”, “XZs” və “X Performance” smartfonları üçün “41.3.A.2.58” nömrəsi altında təhlükəsizlik yeniləməsi çıxarıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Sözügedən yeniləmə ilk növbədə smartfonları prosessorları kritik boşluğundan  qoruyacaq.

Yeni təhlükəsizlik sistemi “Spectre” və “Meltdown” boşluqlarını aradan qaldıracaq. Bu alqoritmlər prosessorun məlumatlarına müdaxiləyə imkan verir.

Hər üç smartfon “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib. Yeni sistem yeniləməsi ölkədən asılı olaraq tədricən qurulacaq.

Emil Hüseynov





18/01/18    Çap et