Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

4 milyon “iPhone 4S” smartfonu satılıb


“Apple” şirkəti növbəti rekord haqqında bildirib. 3 gün ərzində 4 milyon “iPhone 4S” smartfonu satılıb. Amerika şirkətindən qeyd ediblər ki, bu göstərici “iPhone 4” smartfonunun keçənilki göstəricisini 2 dəfə ötüb.

“iOS 5”-in relizi günündən 25 milyon istifadəçi yenilənmiş platformanı quraşdırıb. Məlumat üçün qeyd edək ki, “iPhone 4S” hal-hazırda Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və Yaponiyada satılır.

28 oktyabrdan etibarən onu, həmçinin Avstriya, Belçika, Macarıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Meksika, Hollandiya, Norveç, Sinqapur, Slovakiya, Sloveniya, Finlandiya, Çexiya, İsveçrə, İsveç, Estoniyada da almaq mümkün olacaq.




18/10/11    Çap et