“Apple” istifadəçilərə “iPhone” prosessorunun məhsuldarlığını azaldan funksiyanı deaktiv etməyə imkan verəcək
“Apple” şirkətinin baş direktoru Tim Kuk bəyan edib ki, “iOS 11” mobil əməliyyat sisteminin növbəti yeniləməsi sayəsində istifadəçilər prosessorun sürətini azaldan funksiyanı deaktiv etmək imkanı əldə edəcəklər. Bu haqda “The Vergem” nəşri məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
gazeta.ru” saytına istinadən yazır ki, "istifadəçilər artıq akkumulyatorun vəziyyətinə özləri nəzarət edə biləcəklər, ona görə bu yeniləmə şəffaflığa səbəb olacaq" – Kuk deyib.
Onun sözlərinə görə, qurğu istifadəçini prosessorun məhsuldarlığının azalması haqda xəbərdar edəcək, ona görə bu funksiyanı istənilən an deaktiv etmək mümkün olacaq. Sözügedən yeniləmə cari ilin martında geniş istifadəçi kütləsi üçün əlçatan olacaq.
Emil Hüseynov