Süni intellektli “Samsung” prosessoru buraxılacaq
“Samsung” şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə “Korea Herald” nəşri şirkətdaxili mənbələrə istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, məlumata görə, yeni “Samsung” prosessoru gücünə görə “Apple” və “Huawei” çipləri ilə rəqabət apara biləcək.
Xatırladaq ki, “Apple” və “Huawei” şirkətləri müvafiq olaraq “A11 Bionic” və “Kirin 970” prosessorlarından istifadə edirlər. Onlar smartfona informasiyanın “bulud” saxlancından kənar analizinə, emalına və saxlanılmasına imkan verir.
Süni intellekt sahəsində geri qalmasını anlayan Cənubi Koreya istehsalçısı bu il rəqiblərə çatacağına ümid edir.
Yeni çiplə Barselonada keçiriləcək “MWC 2018” sərgisində nümayiş olunacaq qabaqcıl “Galaxy S9” və “S9+” smartfon modellərinin təchiz ediləcəyi gözlənilir.
Nizam Nuriyev