Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy On7 Prime” smartfonu rəsmən nümayiş olunub


“Samsung” şirkəti Hindistanda “Galaxy On7 Prime” smartfonunu rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, bu, metal korpuslu barmaq izi skaneri “Home” düyməsində yerləşən orta səviyyəli smartfondur. Smartfonla eyni anda kompüter təlimi texnologiyasından istifadə etməklə vizual məhsul axtarışına imkan verən “Samsung Mall” mobil əlavəsi işə salınıb.  

Məlumata görə, “Galaxy On7 Prime” smartfonu “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 5,5 düym diaqonallı ekran, dairəvi çərçivəyə malik “2.5D” şüşə panel, f/1.9 aperturlu 13 meqapikselli ön və əsas kameralarla təchiz edilib.  

Yeni qurğunun aparat əsasını səkkiznüvəli “Exynos 7870” prosessoru, 3 və ya 4 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 32 və ya 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon iki SİM kartdan istifadəni, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.1”, “GPS” modullarını dəstəkləyir.

“Samsung Galaxy On7 Prime” smartfonunun 3+32 giqabaytlıq versiyasının qiyməti 203 dollar, 4+64 giqabaytlığın isə 234 dollar təşkil edir.

Nizam Nuriyev 





19/01/18    Çap et