“LG” şirkəti təhlükəsiz “X4+” smartfonunu təqdim edib
“LG Electronics” şirkəti qabaqcıl səs imkanları və mexaniki zədələrdən yüksək qoruma səviyyəsinə malik olan “X4+” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “MIL-STD-810” hərbi standartı üzrə sertifikatlaşdırılmış qurğu yüksək və aşağı temperaturlara (işçi temperatur diapazonu -20°С-dən +60°С-dək təşkil edir), vibrasiya, zərbə və yerə düşməyə qarşı dayanıqlıdır.
Smartfonda 32 bit/192 kHs formatında keyfiyyətli səsi təmin edən daxili rəqəmli-analoq çeviricidən istifadə olunur.
“LG X4+” smartfonu 5,3 düymlük HD displey, 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.
Aparat 13 meqapiksellik əsas, 5 meqapiksellik ön kameralarla təchiz edilib. Barmaq izləri skaneri, “LG Pay” ödəmə sistemi və “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” və “NFC” simsiz kommunikasiya vasitələri quraşdırılıb. Qurğu 3000 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir.
2018-ci ilin yanvarın sonunda satışa çıxarılacaq “LG X4+” smartfonunun qiyməti təxminən 282 dollar təşkil edəcək.
Emil Hüseynov