Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” köhnə smartfonların işləmə sürətini azaltmaqda təqsirli bilinir


İtaliyanın antiinhisar xidməti “Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin “Apple” şirkətini qanun pozuntusunda təqsirli  bilir.

“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, qurumun məlumatına görə, hər iki şirkət qurğuların sürətini azaldan proqram yeniləməsi çıxarıb. Bu halda istehsalçılar istifadəçiləri mümkün nəticələr haqda xəbərdar etməyib və bu qurğuların məhsuldarlığının lazımi səviyyədə saxlanılması üçün kifayət qədər informasiya verməyiblər. Qeyd edək ki, “Samsung” şirkəti bundan əvvəl məlumat vermişdi ki, proqram təminatının yenilənməsi nəticəsində prosessorun məhsuldarlığı azalmır.

Emil Hüseynov





23/01/18    Çap et