Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrədə əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet yaradılıb


Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mütəxəssisləri əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet düzəldiblər. Bu ixtira məhdud qabiliyyətli insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, aparatda tətbiq edilmiş "beyin-kompüter" texnologiyası elektrodların dərinin alt hissəsinə yerləşdirilməsini tələb etmir. Elektrodlar şlemə qurulub. Beyin impulsları xüsusi şlemdən naqillər vasitəsilə pasiyentin bilək və barmaqlarına bərkidilmiş nazik metal "vətər"lərə ötürülür. Konstruksiyanın istifadəsi asandır və daşınması rahatdır. Ekzoskelet bir neçə dəqiqə ərzində quraşdırılır.

EPFL öz saytında qeyd edir ki, aparatı müxtəlif kateqoriyalı pasiyentlər üçün asanlıqla uyğunlaşdırmaq mümkündür. Məsələn, iflic olmuş insanlar gözlərin hərəkəti ilə ekzoskeleti idarə edə bilərlər. Həmçinin smartfonun köməyi ilə səsli idarəetmə imkanı nəzərdə tutulub.

Emil Hüseynov







23/01/18    Çap et