2018-ci ildə dünyada robot və dronların satınalmasına 103 milyard dollar xərclənəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2 dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, analitik şirkətin məlumatına görə, 2018-ci ildə robotlara xərclər 94 milyard dollar təşkil edəcək. Bu halda robot texnikası üzrə qlobal xərclərin 70%-dən çox hissəsi sənaye robotlarının payına düşəcək. Həmçinin xidmət göstərən robotlara və istehlak modellərinə yüksək tələbat olacaq.
“IDC”-nin proqnozuna görə, 2018-ci ildə dünyada pilotsuz uçan aparatların satınalmasına 9 milyard dollar xərclənəcək.
Analitiklərin fikrincə, dronlara xərclərin 50%-dən çoxu korporativ istifadə üçün nəzərdə tutulmuş modellərin payına düşəcək.
Emil Hüseynov